"Azərbaycan 2005-2015-ci illərdə sabit məzənnə rejimində yaşadı. Bunun üstün cəhətləri də oldu. O zaman biznesin önünü görməsi, planlaşdırılması baxımından sabit məzənnə rejimində müəyyən dərəcədə istifadə olundu. Amma bu sabit məzənnə rejiminin daimi, eyni formada, eyni səviyyədə qalması çox çətindir. Biz buna görə də 2015- ci ildə devalvasiyaların şahidi olduq. Və bu devalvasiya Azərbaycanda biznes çevrələrinə çox böyük zərbə vurdu, əhaliyə zərbə vurdu, əhalini kasıblaşdırdı. Mərkəzi Bankın 11 milyard yaxın dollara yaxın vəsaiti əridi. Belə daimi və uzunmüddətli bu sistem ziyanlıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, hökumət məzənnəni nəzarətdə saxlayır və bazarın əsas iştirakçısı Dövlət Neft Fondu olduğu üçün üzən məzənnə rejiminə keçid də çətin məsələdir: "Heç olmasa 2015-2016-cı ildən sonra üzən məzənnə rejiminə keçmək mümkün olmadl. İndiki sistemdə bunun səbəbi aydındır. Çünki bizdə qiymətli kağızlar bazarı, valyuta birjası yoxdur. Bazarda oyunçu sayı azdır. Yəni, bizdə valyutanı bir tək Neft Fondu Mərkəzi Bank vasitəsilə satır, alan da banklardır, cəmi 24 bank alır. Yəni üzən məzənnə üçün yüzlərlə, minlərlə oyunçu lazımdır. Türkiyədə təkcə 11 min hüquqi şəxs gündəlik lirə və valyuta alış- verişində iştirakçıdır. Fiziki şəxslərin sayı isə onminlərə çatır. Bizdə bu bazar başqa cür formalaşıb deyə inzibati məzənnə rejimini davam etdirməyi qərara aldılar".
N.Cəfərli vurğuladı ki, doqquzuncu ildir inzibati məzənnə rejimi davam edir: "Hamıya da aydındır ki, bu, uzun müddət belə davam edə bilməyəcək. Bir gün mütləq bununla bağlı qərarlar alına bilər. Bu, neftin qiyməti düşməsi ilə də əlaqəli ola bilər. Bundan başqa, daha çox manat dövriyyəyə buraxılması və ola bilər. Daha çox xərcə getməsi ölkənin büdcə xərclərinin artırılmasına, manat ekvivalentinin artırılmasına qərar verilsə də, baş verə bilər. Yəni müxtəlif səbəblərdən ola bilər. Amma bu, hər bir halda siyasi, inzibati qərar olacaqdı. Yəni bu nə Mərkəzi Bankın, nə də birjaların və yaxud da bazarın diktə elədiyi bir məsələ deyil. Yəni bu inzibati qərar olmalıdır. İndi nə vaxt olacaq, bunu söyləmək mümkün deyil. Açığı devalvasiyanın hansı həcmdə, nə qədər olacağını da söyləmək mümkün deyil. Çünki qərar verilən verən şəxslər bunu müəyyənləşdirəcək. Amma bir şey dəqiqdir ki, yaxın zamanlarda 2-3 il müddət ərzində bu addımlara getmək məcburiyyəti yaranacaq. İqtisadi qanunlar bunu deməyə əsas verir".
Məğrur,
Sitat.info