Azərbaycanda ilk dəfə həkimlər üçün "Kadavra" Disseksiya kursu təşkil edilir - VİDEO

15:13 3 Dekabr 2023

Ölkəmizdə ilk dəfə Azərbaycan Estetik Təbabət Assosiasiyasının (AETA) və onun Anatomiya lahiyəsi olan İCA (İnternational Cadaver Academy), Azərbaycan Rinoloqlar cəmiyyəti, Azərbaycan Otorinolarinqologiya cəmiyyəti,
və Türkiyənin Uluslararası Sağlık Egitimi Araştırmalar Derneği (USEAD) birgə kadavra disseksiya kursu keçirəcək.

Sitat.info  xəbər verir ki, 15-17 dekabr tarixlərində keçiriləcək kursda iştirakçılar Rinoplastika, FESC (Funksional Endoskopik Sinus Cərrahiyyəsi) və Qulaq Cərrahiyyəsi (Otoplastika, Mirinqotomiya, Timpanostomiya, tip Timpanoplastika, Stapedektomiya, Stapedoplastika və s) üzrə nəzəri və praktiki biliklər əldə edəcəklər. 
Bu kursda Uluslararası Sağlık Egitimi Araştırmalar Dərnəyi başkanı Prof. Dr. Selim Erbek, Azərbaycan Otorinolarinqoloqlar Cəmiyyətinin sədri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının müdiri Prof. Dr. Nazim Hüseynov və Azərbaycanın baş Otorinolarinqoloqu, Azərbaycan Tibb Universitetinin Otorinolarinqologiya kafedrasının müdiri Prof. Dr. Vəfa Pənahian, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Otorinolarinqologiya kafedrasının assitenti və Azərbaycan Rinoloqlarının Rinologiyanın İnkişafına Dəstək İctimai Biliyinin sədri Phd. Dr. Məzahir Quliyev, 
Prime Hospitalın Otorinolarinqologu Uzm. Dr. Elnur Əkbərov 
Kadavra Diseksiyası kursuna rəhbərlik edəcəklər, həmçinin öz bilik və təcrübələrini iştirakçılarla bölüşəcəklər. 
İştirak etmək istəyənlər qeydiyyat üçün AETA və İCA əməkdaşları ilə əlaqə saxlaya bilərlər.
Eyni zamanda 050 323 45 05 əlaqə nömrəsi ilə əlaqə saxlayıb məlumat əldə etmək mümkündür.
Yerlər məhduddur. 
https://www.instagram.com/reel/C0XaR14MhWo/?igshid=MTc4MmM1YmI2Ng== 

  Seymur,

Sitat.info

 



Xəbər xətti