Qazın limitinə yenidən baxılmasına ehtiyac var - Vahid Əhmədov

18:48 5 Dekabr 2023

"Qazın limiti məsələsi Milli Məclisdə müzakirə olunub. Biz bu məsələni Milli Məclisdə müzakirə etmiş, həm də Komitə İclasında bu məsələyə toxunmuşuq. Limitin tamamilə ləğvindən yox, müəyyən qədər artırılmasından söhbət gedir. Biz təklif etdik ki, heç olmasa qış aylarında qazın limitinə müəyyən dəyişiklik etmək mümkündür". 

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Vahid Əhmədov deyib. 

O bildirib ki, Azərbaycan qaz hasil edən dövlətdir və biz kifayət qədər qaz ixrac edirik: " Qaz ixracı da çox vacib məsələdir, çünki dövlət büdcəsinə ciddi şəkildə əlavə vəsait daxil olur. Qazın limitinə baxılmasına çox böyük ehtiyac var". 

Nərgiz,.

Sitat.info

 



Xəbər xətti