“Qarabağ” və ayın ən yaxşı klubları

14:36 10 Aprel 2024

İFFHS ayın ən yaxşı klublarının adlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, siyahıya qurumun reytinq cədvəlində ən çox xal qazanan 6 komanda yer alıb.

Martın ən yaxşısı “Milan” olub. İtaliya klubu ötən ay reytinqdəki hesabına 56 xal yazdırıb. “Mançester Siti” ikinci, “Bayer” üçüncü olub.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” ötən ay İFFHS reytinqində 12 xal qazanıb.

1. “Milan” - 56

2. “Mançester Siti” - 50

3. “Bayer” - 48

4. “Liverpul” – 47

5. “Borussiya” D – 44

6. PSJ – 43



Xəbər xətti