Kannavaro bu klubu çalışdıracaq

18:09 22 Aprel 2024

İtaliya A Seriyasında çıxış edən “Udineze” klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb.

Sitat.info əbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib.

Xatırladaq ki, Kannavaro son olaraq İtaliyanın digər təmsilçisi “Benevento”nu çalışdırıb.

Qeyd edək ki, 32 oyunda 28 xal toplayan "Udineze" turnir cədvəlində 17-ci sırada qərarlaşıb.



Xəbər xətti