Bu gün Avropa Gimnastikasının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq bədii gimnastika üzrə Avropa kuboku start götürəcək.
Sitat.info İdman.biz-ə istinadən xəbər verir ki, mayın 5-dək davam edəcək yarışda 34 ölkənin idmançıları mübarizə aparacaqlar.
Milli Gimnastika Arenasında təşkil olunacaq Avropa kuboku yeni formatı ilə fərqlənəcək. Proqrama əsasən, böyük fərdi gimnastlar “çarpaz-qarşılaşmalar” sistemi ilə mübarizə aparacaqlar. Bununla da onlar təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlmək üçün bir-biriləri ilə güclərini yoxlayacaqlar.
Avropa kubokunda qaliblər fərdi və çoxnövçülük proqramında, eləcə də, komanda hesabında müəyyənləşəcək.
Azərbaycanı fərdi yarışlarda Zöhrə Ağamirova ilə Kamilla Seyidzadə, qrup hərəkətlərində isə Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda təmsil edəcək.