Ata qızını və nəvəsini öldürdü

18:39 13 İyun 2024

Türkiyədə ata qızını və nəvəsini öldürüb.

Sitat.info Lent.az-a istinadla bildirir ki, hadisə Eskişehirin Odunpazarı qəsəbəsində qeydə alınıb. Səhər tezdən işə gedən 31 yaşlı Merve Karabaş  oğlu 7 yaşlı Alpla birgə avtomobilinə minib. Bu zaman Adanadan gəlib onu izləyən atası Osman Nuri K. ilə rastlaşıb. Tərəflər arasına mübahisə yaranıb.

Mübahisə zamanı ata silahla qızına atəş açaraq onu öldürüb. Bu zaman onun nəvəsi də maşından düşərək qaçıb. Nəvəsinin qaçdığını görən baba ona da atəş açaraq, həyatdan məhrum edib.

Ətrafdakılar kişiyə hücum edərək, onu döymək istəyiblər. Bu səbəblə hadisə şahidlərindən biri dərhal polisə xəbər verib və əməkdaşlar hadisə yerinə gəliblər.

Qatil ata saxlanılıb. Hadisə yerinə gələn qadının 11 illik həyat yoldaşı isə arvadı və oğlunun öldüyünü görüb göz yaşlarına boğulub.



Xəbər xətti