Kazımov Cəmaləddin Müqəddəs Oğlu, Masallı ray, Digah küçəsi ev 9-da qeydiyyatda olan və yoldaşı, valideyinləri və iki uşağı ilə birlikdə yaşadığı həmin küçəyə 2016-cı ildə dövlət planına əsasən kanalizasiya xətti çəkildiyini bildirib.
Sitat.info-nun məlumatına görə, K. Cəmaləddin küçədə 27 ailə - 100 nəfərdən çox sakin olduğunu və hamısının çirkab sularının küçə boyu həmin kanalizasiya xəttinə töküldüyünü deyib:
"Küçədəki axırıncı evlərdən biri mənim, sonuncu ev isə qonşum Rüstəmov Çingiz Məmmədqulu oğlunundur. Kanalizasiya xətti Çingiz Rüstəmovun həyətindən keçərək əsas xəttə birləşir. İstifadəyə veriləndən 7 il müddətində heç bir problem olmadan kanalizasiyadan istifadə etmişik. Son bir ildə isə qonşumuz Çingiz Rüstəmov kanalizasiyanın onun həyətindən keçən hissəsinə müdaxilə edərək lükün içini betonla doldurub, qapağını qaynaqlayıb. Onun bu qanunsuz hərəkəti nəticəsində 27 ailə kanalizasiyadan istifadə edə bilmir. Çirkab suları küçəyə, həyətlərə, evlərə axır. Bu işə görə bir ildir ki, zülm çəkirik".
Zərərçəkənlərdən biri olan K. Cəmaləddin mövcud vəziyyət barədə dəfələrlə adiyatı qurumlara şifahi və yazılı müraciətlər etdiklərini, lakin işin xeyrinə heç bir müsbət atdım atılmadığını deyib:
"Azərsu" ASC-nin 3 nömrəli Regional Sukanal İdarəsinin Masallı Sukanal sahəsi tərəfindən əraziyə baxış keçirilmiş, içərisinə beton tökülən lükdən əvvəlki lükə su matoru və plastmas boru qoyularaq çirkab suları az da olsa təmizlənmişdir. Masallı Sukanal Sahəsinin müdiri Akif Leysanov bizim şikayətlərimizə laqeyd yanaşaraq sakinləri acınacaqlı vəziyyətdə buraxır".
Məğrur
Sitat.info