Bakıda "Metro Park"ın qarşısında güllələnmə: Öldürülən gəncin fotosu

22:26 26 İyun 2024

Xəbər verdiyimiz kimi bu gün axşam saatlarında paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır. Qəltə yetirilən Kosayev Tural Kamil oğlunun yerə uzanmış halda fotosu yayılıb.

Fotoda onun baş nahiyəsindən vurulduğu görünür.

Məğrur, Sitat.info

 



Xəbər xətti