Fermer tonlarla qarpızı niyə kanala töküb? - İqtisadi problem, yoxsa Tiktok oyunu? - VİDEO

18:44 14 Avqust 2024

Sosial şəbəkələrdə Bərdə rayonunda fermerlərin tonlarla qarpızı kanala tökməsi ilə bağlı görüntülər yayılıb.

Sitat.info xəbər verir ki, videoda danışan fermerlər məhsullarını sata bilmədiyini, bu səbəbdən zay olan məhsullarını kanala atdıqlarını bildiriblər.

Bildirək ki, hazırda paytaxt  Bakıda qarpızın  qiyməti 25 -40 qəpik arasında dəyişir. Lakin bölgələrdə fermerlər məhsulunu zamanında sahədə sata bilmirlər, Bu səbəbdən hər il müxtəlif məhsulların satış problemi səbəbindən məhv edildiyini görürük. Məsələn, Bərdə rayonunda soğanla bağlı, Göyçayda pomidor, alma və sair məhsullarla bağlı ötən illərdə oxşar videoların şahidi olmuşuq.

Hamını düşündürən əsas sual isə fermerlərin  məhsulunu bazara çıxarıb sata bilməməsidir. 

Məsələ ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli fermerlərin məhsulunu birbaşa bazara çıxarmaqla bağlı problemlər yaşadığını bildirib. 

O qeyd edib ki, fermerlərin iri bazarlara çıxış imkanları genişləndirilməlidir:

Bu videonun sosial şəbəkələrdə və mediada yayılmasından sonra Daxili İşlər Nazirliyi də açıqlama verib. 

Nazirlik,  Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatlarını açıqlayıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntülər Tik-tokda izləyici toplamaq məqsədi ilə çəkilib.

O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb. Kanala atılan məhsullar satış üçün yararlı olmayıb. 

Hər nə qədər bu hadisə reallığı əks etdirməsə də, ümumilikdə fermerlərin məhsulu bazara çıxmaqda və ya real bazar qiymətinə satmaqda çətinlik yaşadığı hallar da var. 

 

Məğrur,

Sitat.info

 

 



Xəbər xətti