Neymar "Barselona"ya qayıda bilər

17:59 3 Oktyabr 2024

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar 2025-ci ildə "Barselona"ya transfer oluna bilər.

Sitat.info Sport.es portalına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Kataloniya klubunun transfer siyahısında ikinci yerdədir.

Mənbə iddia edir ki, "Barselona"nın əsas prioriteti "Mançester Siti"nin futbolçusu Erlinq Holanddır. Əgər İspaniya klubu norveçli istedadı razı sala bilməsə, klub hücum xəttini Neymarla gücləndirəcək.



Xəbər xətti