AFFA 4 klubu cərimələyib

20:44 3 Oktyabr 2024

AFFA Misli Premyer Liqasında çıxış edən 4 klubu cərimələyib.

Sitat.info CBC Sport-a istinadən xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Premyer Liqanın VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt təmsilçisi 700 manat cərimələnib.

"Neftçi" - "Sumqayıt" görüşündə 6 futbolçusu sarı vərəqə aldığından Sumqayıt komandası 700 manat cərimələnib.

Eyni məbləğdə cərimə "Şamaxı" və "Turan Tovuz"a da şamil edilib. Buna Şamaxıda sözügedən komandalar arasında keçirilən görüşdə meydan sahiblərinin 4, Tovuz təmsilçisinin isə 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub.



Xəbər xətti