Fevralın 22-dən etibarən Rusiya dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi olub. Bəs, ölkədə yaşayan Rusiya vətəndaşları nə düşünür?
Xarici mediaya danışan Rusiya vətəndaşları ölkədə gündəlik həyatın necə çətinləşdiyi ilə bağlı mühüm məlumatlar veriblər.
Məlum olduğu kimi, Rusiya fevralın 22-dən indiyədək 7161 sanksiyaya məruz qalıb. Fevralın 22-dən əvvəl 2 min 754 sanksiyaya məruz qalan Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayı ümumilikdə 9 min 915-ə çatıb. Fevralın 22-dən bəri dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsi halına gələn Rusiyanı 3 min 616 sanksiya ilə İran, 2 min 608 sanksiya ilə Suriya və 2 min 77 sanksiya ilə Şimali Koreya izləyir.
Dünyanın bir çox ölkəsinin bir-birinin ardınca Rusiyaya qarşı sanksiya qərarları təbii ki, Rusiya vətəndaşlarına da təsir edib. Rusiya vətəndaşları dünya tərəfindən hətta Şimali Koreyadan daha çox təcrid olunmuş bir ölkədə yaşamaq istəmədiklərini bildirərək ölkələrini tərk etməyə başladılar. Ukraynanın işğalından sonra Rusiyadan müxtəlif ölkələrə beyin axını sürətləndi.
Ukraynanın işğalından sonra Rusiyanı tərk edən rusların sayı 200 mini keçib. Hətta bəzi ekspertlər bu rəqəmin 1 milyona çata biləcəyini deyirlər.
Putinin işğalçılıq siyasətini bəyənməyən, lakin Rusiyada yaşamağa davam edənlərin sayı kifayət qədər çoxdur. 38 yaşlı N. S., 40 yaşlı S. İ. və 37 yaşlı V. K. hazırda Rusiyada yaşayan üç Rusiya vətəndaşıdır. Özlərinə və ailələrinə bir şey ola biləcəyindən narahat olduqları üçün adlarını açıqlamaq istəməyən bu üç Rusiya vətəndaşının mətbuata danışdıqları hekayələr Rusiyada gündəlik həyatın necə olduğuna dair əhəmiyyətli ipuçları verir.
Rusiyalı qadın deyir ki, bütün ruslar haqqında ümumi nəsə demək çətindir: "Amma mən və yaxın dostlarımdan heç biri bu müharibəni dəstəkləmir. Amma bir çox insanlar da mediaya və hökumətə inanır və Rusiyanın apardığına haqq qazandırır. Bu cür siyasi fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir. Ukrayna və ya ABŞ fərqi yoxdur. Bu dövrdə müharibə və ya işğal olmamalı, üstünlük verilməməlidir".
Ölkəsində icazəsiz aksiyalara qatılmağın qadağan olduğunu vurğulayan rus qadın həbs olunmaqdan qorxduqlarını deyir: "Mən də fəallarla razı deyiləm və razıyam. Amma qorxuram. Çünki oğlum var və risk edə bilmirəm.
Ölkədə Qərb mənşəli sosial media platformalarına VPN ilə daxil ola bildiyini deyən qadın Facebook, Twitter və Instagram üçün də bu proqramın istifadə olunduğunu deyir. "Biz Şimali Koreyadakı kimi totalitar rejimdəyik, Özümüzü heç vaxt xoşbəxt hiss etmirik”.
Səid,
SİTAT.İNFO