42 yaşlı qadın toyda öldü

11:21 26 Oktyabr 2024

Şəkidə toyda ölüm hadisəsi baş verib.

“Sitat.info” xəbər verir ki, dünən şadlıq sarayında keçirilən toy zamanı bəyin qohumu 1982-ci il təvəllüdlü L.Şıxəliyevanın halı qəfil pisləşib. Belə ki, o oynayarkən özünü pis hiss edib və yıxılıb. Qadın oradaca vəfat edib.

Bildirilib ki, L.Şıxəliyeva ürəktutmadan dünyasını dəyişib.

Hadisə səbəbindən məclis vaxtından tez yekunlaşıb./"qafqazinfo"



Xəbər xətti