Güclü yağış Bağırov körpüsündə hərəkəti çətinləşdirdi - Video

12:17 28 Oktyabr 2024

Bu gün səhər saatlarından Bakıya yağan yağış Bağırov körpüsündə hərəkəti çətinləşdirib.

Sitat.info həmin görüntüləri təqdim edir:

Bir neçə gün öncə yağan güclü yağışlar nəticəsində sözügedən körpünü su basmış, həmin ərazidə hərəkət tam dayandırılmışdı.

***

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.

Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.

Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.



Xəbər xətti