Azərbaycan üçün Trampın, yoxsa Harrisin seçilməsi daha məqsədəuyğundur?

12:05 2 Noyabr 2024

2024-cü ilin noyabrında baş tutacaq ABŞ prezident seçkilərinin nəticəsi həm region, həm də  Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Seçkilərdə Donald Tramp və Kamala Harrisin siyasi xətti arasındakı fərqliliklər dünyada gedən siyasi proseslərə, münaqişələrə, o cümlədən Orta dəhliz məsələsin, Azərbaycan-Ermənistan münasibətlərinə və ABŞ-la ölkəmiz arasındakı münasibətlərə ciddi təsir göstərə bilər. Bəs Azərbaycan üçün ABŞ-da Trampın, yoxsa Harrisin seçilməsi məqsədəuyğundur?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Elçin Rəşidov bildirib ki,  Azərbaycan üçün Harrisin seçilməsi daha uyğundur: "Tramp qətiyyən uyğun deyil. Eyni zamanda təəssüflə  bunu qeyd etməliyəm ki, çox böyük ehtimalla seçkidə Tramp qalib gələcək. Yəni gözlənilməz heç bir hadisə baş verməsə, Trampın seçilməsi qaçılmazdır".

E.Rəşidov fikirlərini belə əsaslandırıb: "2016-cı ildə də Trampın seçilməsində təxmini eyni göstəricilər var idi. Harrisin Azərbaycana niyə daha uyğun olduğu məsələsinə gəldikdə isə, Harrisdən fərqli olaraq Tramp Rusiyaya, Rusiyanın imperialist siyasətinə qarşı ardıcıl siyasət yürütmür. Bildiyimiz kimi 20-ci əsrdən bəri imperializm yerini liberalizmə verir. Lakin Rusiya imperializmin yox olduğu dövrdə hələ də  imperialist siyasət yürüdür. Bu məsələdə demokratlar daha çox diqqət və resurs ayırırlar və beləliklə bu nəticəyə gəlmək olar ki, demokratların yürütdüyü siyasət bizim maraqlara daha uyğundur".

Ceyran İsmayılzadə,

Sitat.info

 



Xəbər xətti