Hazırda ABŞ və Avropa İttifaqı arasında bir sıra mühüm məsələlər müzakirə olunur. Bunlardan biri ticarət və iqtisadi məsələlərdir. ABŞ-ın Avropa İttifaqı ilə ticarət əlaqələrini gücləndirmək məqsədilə yeni razılaşmalar üzərində işlədiyi bildirilir. İki tərəf arasında texnologiya, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq genişlənir.
Digər mühüm bir məsələ iqlim dəyişikliyidir ki, burada da ABŞ, Paris İqlim Razılaşması çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə Avropa İttifaqı ilə əməkdaşlığı artırmağa çalışır. Bundan başqa, təhlükəsizlik və müdafiə mövzusu da Rusiya-Ukrayna münaqişəsi çərçivəsində aktuallaşıb. ABŞ, Avropaya müdafiə dəstəyi göstərməyə davam edir, Avropa İttifaqı isə öz müdafiə imkanlarını gücləndirmək üçün addımlar atır.
Hazırda həmçinin, miqrasiya məsələləri də ABŞ və Avropa arasında müzakirə edilir. İki tərəf arasında insan qaçaqmalçılığı və miqrantların hüquqları ilə bağlı birgə tədbirlər görmək planlaşdırılır.
Bu məsələlər, ABŞ və Avropa İttifaqının gələcək əməkdaşlığına təsir edə biləcək mühüm mövzular arasındadır.
Bu haqda Sitat.info-ya danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, ABŞ ilə AB arasındakı bir çox məsələlər Amerikadakı seçkilərdən sonra öz həllini tapacaq: "Yəni, Amerikanın indiki Demokratlar hakimiyyəti ilə potensial hakimiyyətə gələ biləcək Respublikaçıları həm iqlim məsələlərinə, həm dünyada təhlükəsizlik məsələlərinə, həm iqtisadi, siyasi fikirlərinə görə fərqlidirlər. Amma ümumi şəkildə, Harris hakimiyyətə gəlsə, Amerika ilə Avropanın münasibətləri daha da dərinləşib, yaxşılaşacaq. Lakin respublikaçılar gəlsə fərqli ssenarilər ola bilər. Düşünürəm ki, seçkilərin nəticəsini gözləsək daha qəti danışmaq olar".
Ceyran İsmayılzadə,
Sitat.info