Mərkəzi Bank COP29 zamanı maliyyə sektorunun iş rejimini açıqlayıb

12:14 5 Noyabr 2024

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində Azərbaycanda banklar, "Azərpoçt" MMC və valyuta mübadilə məntəqələri normal iş rejimində fəaliyyət göstərəcək.

Sitat.info xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Məlumata görə, 8-13 noyabr 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir. Əvvəlki təcrübəyə uyğun olaraq qeyri-iş günlərində bankların və “Azərpoçt”un xidmət şəbəkəsi, habelə valyuta mübadilə məntəqələrinin iş qrafikinə dair məlumat Mərkəzi Bank tərəfindən ictimaiyyətə bildiriləcəkr.

"COP29 tədbirlərinə təsadüf edən digər günlərdə isə banklar, "Azərpoçt" və valyuta mübadilə məntəqələri normal iş rejimində ölkəmizə təşrif buyurmuş qonaqlara və əhaliyə maliyyə xidmətləri göstərəcəklər", - AMB qeyd edib.

 



Xəbər xətti