Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib.
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq qanun imzalayıb.
Qanuna əsasən, 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” təsdiq edilib.