Dünyanın ən güclü məşqçilərinin noyabr reytinqi açıqlanıb. Planetin 500 ən güclü mütəxəssisi yer aldığı siyahıda Qurban Qurbanov 146-cı pilləyə yüksəlib.
Sitat.info xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın baş məşqçisi 1658 xala malikdir.
52 yaşlı mütəxəssis ötən ayın reytinqi ilə müqayisədə 9 xal qazanıb. Bu, 9 pillə irəliləyiş üçün yetərli olub.
"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 57-cidir. Hesabat dövründə 6 xal qazanan mütəxəssis 2 pillə irəliləyib.
Millimizi çalışdıran Fernandu Santuş 1624 xalla siyahıda 192-cidir. O, bir pillə geriləmə yaşayıb.
Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2211 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.