Gələn il neft 40 dollara düşəcək, əgər... - Qloysteyn

12:12 13 Noyabr 2024

Neft bazarında uzun müddətdir narahatlıq var. Əgər OPEK hasilatı məhdudlaşdıran razılaşma əldə etməzsə, qiymətlərin 30-40 dollara qədər düşməsi mümkündür.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu enerji analizi üzrə ekspert Tom Kloza deyib.

“Uzun illərdir ki, OPEK-in bazar payında əhəmiyyətli azalma müşahidə olunur”, - ekspert əlavə edib.

Budan başqa, “Eurasia Group” konsaltinq firmasının eksperti Henninq Qloysteyn də neft qiymətlərinin kəskin şəkildə düşəcəyini iddia edib:

“OPEK+ 2025-ci ildə tədarük ixtisarını tamamilə aradan qaldırsa, neftə tələbat yetərincə artmayacaq və qiymətlər 40 dollara düşə bilər”./Axar.az



Xəbər xətti