Ermənistanın bunu etməsi narahatlıq yaradır - Əliyev

20:30 13 Noyabr 2024

Ermənistanın dağ-mədən sənayesinin tullantılarının Araz çayına axıdılması və bunun çayın ekoloji durumuna mənfi təsir etməsi narahatlıq yaradır.

Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İranın vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri xanım Şina Ənsari ilə görüşündə deyib.

Görüşdə Xəzər dənizinin ekoloji problemlərinin aradan qaldırılması və Xəzərdə hazırda suyun səviyyəsinin azalması probleminə toxunuldu, bu baxımdan sərhədyanı ölkələr arasında əməkdaşlığın vacibliyi vurğulandı.



Xəbər xətti