İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı ilə görüşündə düşmənə gücünü göstərmək üçün böyük silahlı münaqişənin başlanmasına hazırlıq görməyə çağırıb.
Sitat.info xəbər verir ki, Əraqçi bildirib:
“Əgər müharibənin baş verməsinin qarşısını almaq istəyirsinizsə, gücü göstərməli, döyüşə və müdafiəyə hazır olduğunuzu bəyan etməlisiniz. Bu, müharibənin qarşısını alacaq. Əgər qarşıdurmaya hazır olmadığınızı göstərən ən kiçik zəiflik nümayiş etdirsəniz, sizə müharibə elan olunacaq”.