Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri Bakıda görüşdü

22:20 19 Noyabr 2024

 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfəri zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, nazir müavini Rəhman Hümmətov və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

Sitat.info xəbər verir ki, görüşdə Türkiyə və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi və regional ticarətin davamlılığı məsələləri müzakirə edilib.

Bu barədə Abdulkadir Uraloğlu sosial şəbəkə hesabında məlumat verib.

 

Screenshot_6.png (268 KB)



Xəbər xətti