İran Prezidenti Məsud Pezeşkian hökumətin iclasında islam respublikasının paytaxtının Tehrandan köçürülməsi planının hazırlanmasına başlandığını açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.
Məlumata görə, prezident planın hazırlanmasına məsul olaraq birinci müavini Məhəmməd Rza Arifi təyin edib.
"Bu məsələyə məhəl qoymamaq gələcəkdə ölkəmizin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər", - Pezeşkian qeyd edib.