Mədəniyyət sektorunda vergi güzəştlərin dairəsi genişlənir.
Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, bu sahədə çalışan sahibkar subyektləri üçün növbəti 5 il müddətinə torpaq vergisi tam, mənfəət vergisi isə 90% güzəştlə tətbiq olunacaq. Yəni sahibkarlar torpaq vergisindən tam azad olunur, mənfəətin, ya gəlirin isə yalnız 90%-i azad olunur.
Eyni zamanda vergi güzəştlərindən istifadə edən subyektlərin sayı artırılır. Əvvəllər bu siyahıda yalnız film çəkilişi ilə məşğul olanlar idisə, artıq yeni qaydalara əsasən, teatr, muzey, simfonik orkestr və film prodüserləri də bu güzəştdən istifadə edə biləcəklər.
Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti ilə bağlı nağdsız ödənilən ƏDV-nin 50%-i geri qaytarılacaq. Bu o deməkdir ki, bu sahədə olan ödənişlər üçün əlavə dəyər vergisinin yarısı keşbek olaraq hesaba qaytarılacaq.
Deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, bu layihə artıq İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində birinci oxunuşda qəbul olunub və plenar iclasa tövsiyə edilib.
O həmçinin qeyd edib ki, bu güzəştlər mədəniyyət sektorunu dəstəkləmək üçündür.