BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) Türkiyə pavilyonunda iqlim böhranlarının həllində qadınların rolu mövzusunda panel keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Türkiyə telekanalının Bakıdan hazırladığı reportajda bildirilir ki, panel "Roots Women's Initiative" tərəfindən təşkil edilib.
"Bir çox qadınlar iqlim dəyişikliyi ilə mübarizə aparırlar. Qadın olmaq əsl mənada lider deməkdir. Qadın ailəsini qorumaqla yanaşı, ətraf mühiti də qoruyur. Qadınlar ətraf mühiti, iqtisadiyyatı və inkişafı təşviq edir, genişləndirirlər. Qadınlar iqlim dəyişikliyi ilə mübarizədəki transformasiyada da iştirak edirlər", - süjetdə vurğulanır.
Qeyd edilir ki, Azərbaycanda keçirilən COP29 iqlim dəyişikliyində qadınların əhəmiyyətini vurğulayan ən mühüm toplantıdır.