Rusiyanın neft anbarı partladıldı! Ukraynadan dəhşətli hücum...

12:32 25 Noyabr 2024

Ukrayna Rusiya Federasiyasının Kaluqa vilayətindəki neft bazasına hücum edib.

Sitat.info Ukrayna KİV-nə istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməliyyatı nəticəsində  Rusiyanın Kaluqa vilayətində yanacaq-energetika kompleksi vurulub.

Məlumata görə, hücumun hədəfi Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün təmin edilməsində iştirak edən “Kaluqanefteprodukt” ASC-nin neft anbarıdır.

“Noyabrın 25-i saat 00:30 radələrində kamikadze pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində obyektdə silsilə partlayışlar baş verib və yanğın başlayıb. Ukraya bir-birinin ardınca Rusiyada hədəfləri  vuraraq geniş miqyaslı dağıntılara səbəb olur”, - hərbi kəşfiyyatdakı mənbələr bildirir.

Məğrur,

Sitat.info 

 



Xəbər xətti