İngiltərənin "Arsenal" klubu "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi üçün 50 milyon funt-sterlinq təklif edib.
Sitat.info Caughtoffside"yə istinadən xəbər verir ki, "Real Sosyedad" klubu isə "Arsenal"dan minimum 60 milyon funt-sterlinq tələb edib.
"Topçular" təcrübəli yarımmüdafiəçi üçün 60 milyon funt-sterlinq ehtimalını düşünəcəklərini bildiriblər.
Qeyd edək ki, Martin Zubimendi bu mövsüm "Real Sosyedad" forması ilə çıxdığı 17 oyunda bir qol, iki məhsuldar ötürmə ilə yadda qalıb.