Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

08:10 3 Dekabr 2024

Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Sitat.info-yaXarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.



Xəbər xətti