Bu şəhərdə ciddi döyüşlər gedir – Voskanyan həyəcanlandı

08:01 4 Dekabr 2024

Hələbdə təkcə Suriyanın deyil, bütün bölgənin, o cümlədən Cənubi Qafqaz regionunun taleyi həll olunur.

Sitat.info xəbər verir ki, belə bir iddia ilə erməni iranşünas Vardan Voskanyan çıxış edib.

O, “İraqdan gələn iranpərəst qüvvələrin” dəstəyi ilə Suriya ordusunun Hələb əyalətinin ələ keçirilən ərazilərini “Təhrir əş-Şam”dan geri almağa başladığını bildirib:

“Hökumət qüvvələrinin ciddi uğurlarından danışmaq hələ tezdir, lakin aydındır ki, Yaxın Şərqdə həmişə olduğu kimi, hər şey yenidən döyüş meydanında həll edilir”.

Qeyd edək ki, İranın Suriyadakı son hərbi toqquşmalara başının qarışacağından narahat olan erməni ekspertlər Ermənistanın sərhəddə “yeganı təhlükəsizlik qarantı” saydıqları Tehranın İrəvandan diqqətinin yayına biləcəyindən ciddi əndişə keçirirlər. Onların fikrincə, İran Suriyaya yönələrsə, Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə, o cümlədən 10 noyabr bəyanatına uyğun olaraq, Zəngəzur dəhlizini aça bilər.

Antitürk mövqeyi ilə tanınan Voskanyan isə son məlumatlardan xəbərsizdir. Belə ki, döyüşlər Hələbdə deyil, Həmada gedir, “Heyət Təhrir əş-Şam” Həmanın 8 km-də Suriya ordusuna ciddi itkilər verir./Axar.az



Xəbər xətti