İstədiklərini etsinlər, özümüzü KTMT-də görmürük - Paşinyan

17:52 4 Dekabr 2024

Ermənistanla KTMT arasında münasibətlər geri dönüşü olmayan nöqtəyə keçib.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq, bu o deməkdir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik. Biz sadəcə olaraq heç bir sənədə veto qoymuruq, çünki mahiyyət etibarı ilə biz özümüzü KTMT-dən kənarda hesab edirik, qoy istədiklərini etsinlər. Bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta mümkünsüz edir”, - Paşinyan bildirib.



Xəbər xətti