Sitat.info Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Prof. Dr. Fahrettin ALTUNUN "Rəqəmsal çağda həqiqət mübarizəsi" başlıqlı məqaləsini təqdim edir:
"Bu gün yaşadığımız dövr, insanlığa yalnız yeni fürsətlər təqdim etməklə qalmır, həm də ciddi çətinliklər gətirir. İnformasiya istehsalı və dövriyyəsinin sürətinə yetişməyin getdikcə çətinləşdiyi bu dövrdə, kommunikasiya ekosistemi köklü bir dəyişiklik mərhələsindən keçir. Lakin bu dəyişiklik prosesi müsbət irəliləyişlər gətirməklə yanaşı, eyni zamanda mənəvi, mədəni və insanlıq sınaqlarını da özündə ehtiva edir.
Texnologiyanın sürətlə irəlilədiyi bu yeni və çətin dövrdə gündəlik həyatın tərkib hissəsinə çevrilən süni intellekt və alqoritmalar artıq yalnız bir alət deyil, eyni zamanda güc balanslarını yenidən müəyyən edən aktörlərə çevrilib. Həqiqət və yalan arasındakı sərhədin getdikcə bulanıqlaşdığı, insanlığın “həqiqət böhranı” olaraq adlandırıla biləcək bir qeyri-müəyyənliklə mübarizə apardığı bu gündə, böyük sınaqlarla üzləşirik və bu problem düyününü aşmağın yeganə yolunun təsirli kommunikasiya strategiyaları inkişaf etdirmək olduğunu bilirik.
Texnologiya ilə dəyişən kommunikasiya ekosisteminin fürsət və təhdidlərini cəmiyyətin xeyrinə təhlil etmək və bunları idarə etmək bizim əsas prioritetimiz olmalıdır. Yaşanan proseslər cəmiyyətlərin kommunikasiya vərdişlərini dəyişir, rəqəmsal media həyatımızın vacib bir parçası olaraq önə çıxır. Bu dəyişimin ən diqqətəlayiq tərəfi isə, süni intellektin kommunikasiya proseslərindəki təsiri ilə özünü göstərir.
Süni intellekt alətləri dünyamıza və bütün sektorlara sürətlə təsir edir. Bu gün süni intellekt strateji kommunikasiya sahəsində gözlənilməz bir güc olaraq qarşımıza çıxır. İnformasiyanın analizi, məzmun istehsalı və böhran idarəçiliyi kimi sahələrdə təqdim etdiyi imkanlar, bir neçə il əvvəl hətta düşünülməsi belə mümkün olmayan sürət və təsirlik təmin edir. Bir neçə il əvvəl yalnız elmi-fantastik filmlərdə təsəvvür edilə bilən ideyalar, bu gün hər kəsin asanlıqla əldə edə biləcəyi bir nöqtəyə gəlib çatıb. Lakin təəssüf ki, texnologiyanın bu müsbət tərəfli inkişafı düzgün məqsədlərlə istifadə edilmədikdə, rəqəmsal bir silaha çevrilmə potensialına malikdir. Deepfake istehsal edə bilən süni intellekt, orijinal məzmunları saxta məzmundan ayırd edə bilməz hala gətirərək, cəmiyyətin etibarını zədələyir və həqiqət böhranını dərinləşdirir. Bu da dezinformasiya, manipulyasiya və etik pozuntuların dağıdıcı nəticələrini çoxaltmaqdadır. Alqoritmaların idarə etdiyi bir dünyada, fərdlərin yalnız yansımalarla tələyə düşməsi, sosial qütbləşməni gücləndirir və həqiqətin yerini manipulyasiya tutur. Bu vəziyyət, süni intellektin etik prinsiplərlə idarə edilməli olduğu gerçəyini bir daha göz önünə sərir. Süni intellektin rəqəmsal sahədə istifadəsi hesabatlılıq, şəffaflıq və etik məsələləri gündəmə gətirir.
Yaxın zamanda Qəzzada baş verən faciələr zamanı süni intellekt dəstəyi ilə dezinformasiyanın beynəlxalq ictimaiyyəti yanıltmaq üçün necə istifadə edildiyini hamımız birlikdə şahidlik etdik. Sosial mediada yayılan dezinformasiya, alqoritmalar tərəfindən sürətlə yayılarkən doğru məlumata əlçatanlıq məhdudlaşdı. Bunun nəticəsində baş verən hadisələr və insan hüquqları pozuntuları ilə bağlı doğru məlumatın ictimaiyyətə çatması çətinləşdi.
Texnoloji və rəqəmsal imkanların insanlığa gətirdiyi böyük faydalar əlbəttə inkar edilə bilməz. Lakin, bu imkanları pis məqsədlər üçün istifadə edənlərin mövcudluğu da qlobal təhlükəsizlik və sabitlik üçün bir təhdid təşkil etdiyi gerçəyi də inkar edilə bilməz. Bu cür dağıdıcı təsirlər qarşısında, Türkiyə olaraq strateji kommunikasiya mexanizmlərimizlə yanlış məlumatları qarşısını almaq, həqiqəti müdafiə etmək və beynəlxalq ictimaiyyətin doğru məlumat əldə etməsini təmin etmək üçün böyük səylər göstəririk. Rəqəmsal təhdidlərə qarşı məlumatlılıq yaratmaq və media savadlılığını artırmaq, bu günün müxtəlif riskləri ilə mübarizədə öncəliklərimizdən biridir. Rəqəmsal sahədəki genişmiqyaslı dönüşümü idarə etmək üçün qlobal əməkdaşlığın əhəmiyyəti getdikcə daha çox hiss edilir. Türkiyə olaraq, həqiqət mübarizəsində beynəlxalq əməkdaşlığı dəstəkləyən fəaliyyətlərimizi davam etdiririk.
Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın "Türkiyə Yüzyılı" vizyonu çərçivəsində, bu transformasiya çağında Türkiyə olaraq strateji bir mövqe ortaya qoyuruq. Texnologiyanı insanlığın xidmətinə vermək, cəmiyyətin faydasını ön planda tutmaq və həqiqəti mərkəzə qoyan bir kommunikasiya anlayışını əsas götürürük. Bu yeni dövrdə strateji kommunikasiya isə qeyri-müəyyənlikləri idarə etməyin və etibar qurmağın açarı kimi görülür. Türkiyə olaraq, həm milli, həm də beynəlxalq səviyyədə bu sahədə fəal bir rol oynayırıq. Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi olaraq, dezinformasiya ilə mübarizə səylərimiz uzun müddətdir ki, həqiqət böhranına qarşı qərarlı bir şəkildə işləyir və bu çərçivədə təsirli həllər inkişaf etdirir. Böhran kommunikasiya prosesini, süni intellekt dəstəyi ilə strateji kommunikasiya sahələrinin ən həyati tətbiq sahələrindən biri kimi qiymətləndiririk. Doğru məlumata sürətlə çatmaq və ictimaiyyəti təsirli şəkildə məlumatlandırmaq, böhran anlarında həyat qurtarıcı bir rol oynayır.
Rəqəmsal çağın dönüşüm küləklərini yaxından hiss etdiyimiz bu dövrdə, 13-14 dekabr 2024 tarixlərində təşkil edəcəyimiz "STRATCOM: Beynəlxalq Strateji Kommunikasiya Forumu", bütün bu fürsət və risklərin qlobal miqyasda dərindən müzakirə ediləcəyi qabaqcıl bir platformadır. Dünyanın hər tərəfindən dövlət sektoru, media, elmi ictimaiyyət, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçilərini bir araya gətirən Forum, strateji kommunikasiya ekosisteminin gələcəyinə yön verən fikirlərin birləşdiyi bir mərkəz konumundadır. Lakin STRATCOM-u yalnız bir Forum olaraq dəyərləndirmək doğru olmaz. "STRATCOM: Beynəlxalq Strateji Kommunikasiya Forumu" eyni zamanda rəqəmsal çağın çətinliklərinə və həqiqət böhranına qarşı ortaq bir iradənin formalaşmasına imkan verən qlobal bir çağırışdır. Bu qlobal çağırışın əhəmiyyətini, süni intellekt və strateji kommunikasiya sahəsində yaşanan bu inqilabların böyük məsuliyyətlər gətirməsi ilə daha yaxşı görürük. Bizlər insanlığın ortaq gələcəyi üçün; həqiqət, vicdan və ədalət prinsiplərindən ödün verməyən bir yanaşma ilə hərəkət etməliyik. Türkiyə, bu yanaşmanın rəhbərliyi ilə yalnız öz bölgəsində deyil, qlobal səviyyədə də bir model olmağa davam edəcəkdir".
Sitat.info