"Sevilya" "Qarabağ"a Juninyo ilə bağlı yeni təklif göndərməyib.
Sitat.info xəbər verir ki, bunu Report-a açıqlamasında "Qarabağ"ın baş direktoru Əmrah Çelikel deyib.
Klub rəsmisi braziliyalı hücumçunun İspaniya təmsilçisinə mümkün keçidi barədə danışıb:
"Hələ ki, xüsusi yenilik yoxdu. Qarşı tərəf futbolçumuz üçün yeni təklif irəli sürməyib. Yeni məlumat olacağı təqdirdə bunu hər birimiz biləcəyik".
Qeyd edək ki, bir müddət əvvəl "Sevilya" Ağdam təmsilçisinin forvardı Juninyo üçün rəsmi təklif göndərib. Tərəflər arasında ilkin danışıqlar uğursuz alınmışdı.