Yaponiya Hava Yolları sisteminə kiberhücum: Reyslər təxirə salındı

15:07 26 Dekabr 2024

Japan Airlines (JAL) daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum səbəbindən bəzi reyslərin təxirə salındığını açıqlayıb.

Sitat.info-nun yerli mediaya istinadən xəbərinə görə, JAL-ın verdiyi açıqlamada daxili və xarici sistemləri birləşdirən şəbəkəyə kiberhücum edildiyi bildirilib.

Açıqlamada,  kiberhücum nəticəsində ən azı 24 daxili uçuşun təxminən 1 saat gecikdiyi və bəzi beynəlxalq uçuşlara da mənfi təsir etdiyi qeyd edilib.

Bu problemlər başlayandan sonra bilet satışının dayandırılıb, kiberhücumla mübarizə üçün səy  göstərilib.

Açıqlamada qeyd edilib ki, kiberhücum uçuşlara daha çox təsir göstərə bilər, lakin təhlükədə olduğu güman edilən sistem müvəqqəti olaraq bağlana bilər.

 Yaponiyada digər aviaşirkətlərin sistemlərində problem olmadığı bildirilir.

Aytac,

Sitat.info



Xəbər xətti