Tanınmış təcrübəli məşqçi Fatih Terim Səudiyyə Ərəbistanının "Əş-Şabab" klubu ilə anlaşıb. 71 yaşlı çalışdırıcı bu gün yeni komandası ilə müqavilə imzalayacaq.
Sitat.info xəbər verir ki, Fatih Terim “Əş-Şabab”la prinsipial razılığa gəlib.
Terim son detalları müzakirə etmək və problem olmadığı təqdirdə imza atmaq üçün bu gün Səudiyyə Ərəbistanına gedəcək.
Səudiyyə Ərəbistanı Liqasında keçirdiyi 13 oyundan sonra “Əl Şabab” 7 qələbə, 2 heç-heçə və 4 məğlubiyyətlə 23 xal toplayıb.
Ər-Riyad komandası liqada 6-cı yerdədir.
Terim son olaraq Yunanıstan Liqası təmsilçisi "Panatinaikos"u çalışdırıb.
Seymur,
Sitat.info