Azərbaycanın pambıqdan qazana biləcəkləri- Türkiyə təcrübəsi

16:11 2 Fevral 2022

"Dünya Pambıq Şurasının son hesabatında Türkiyə ilə bağlı maraqlı məlumatlar var. Türkiyədə pambıq əkinləri sürətlə azalır - məsələn, 2020-də əvvəlki ilə nisbətən 40% azalıb (cəmi əkin sahələri 353 min hektar). Amma məhsuldarlıq sürətlə artır - ötən il 25%-ə yaxın artım qeydə alınıb. Bununla belə, Türkiyə yenə də dünyada ən çox pambıq istehsal edən 10 ölkə sırasındadır".

SİTAT.İNFO xəbər verir ki, bbu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. 

Onun sözlərinə görə, ölkənin tekistil sənayesinin ildə 1.6 mln. ton pambığa ehtiyacı var, onun cəmi 40%-i (650 min ton) yerli istehsal hesabına qarşılanır: "Yerdə qalan 900 min tona yaxın izafi ehtiyacın qarşılanmasına 2 mlrd. dollara yaxın valyuta xərclənib.

Türkiyənin tekistil sənayesi pambıq hesabına iqtisadiyyat üçün kifayət qədər yüksək əlavə dəyər yaradır. Məsələn, emal zəncirində 1 dollar pambıq lifi 2.5-3 dollar xalis əlavə dəyərə çevrilir. Amortizasiya ayırmaları və dolayı vergilər nəzərə alındıqda ümumi əlavə dəyərin məbləği daha yüksəkdir.  Bu rəqəm o anlama gəlir ki, məsələn, Azərbaycanda rəqabətqabiliyyətli tekstil sabayesi olacağı halda hər tonu xaricə 2500 dollara ixrac olunan pambıq mahlıcı iqtisadiyyat üçün 6000-7000 min dollar xalis, 8000-9000 min dollar ümumi əlavə dəyər yaratmaq potensialına malikdir". 

SİTAT,İNFO



Xəbər xətti