ABŞ prezidenti Co Bayden hesab edir ki, HƏMAS hərəkatının girovlarının azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda irəliləyiş əldə olunub.
Sitat.info xəbər verir ki, o bunu cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz real irəliləyiş əldə edirik. Mən bu gün danışıqlar aparan şəxslərlə görüşdüm", - deyən Bayden Qəzzada saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsinə toxunaraq sözlərinə belə davam edib: "Hələ də ümid edirəm ki, məhbus mübadiləsi edə bilərik. Hazırda HƏMAS belə bir mübadilənin baş tutmasına mane olur. Ancaq mən inanıram ki, buna nail ola bilərik. Biz buna nail olmalıyıq".