Pakistan Baş naziri Şahbaz Şərif fevral ayında Azərbaycana səfər edəcək.
Sitat.info xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri məlumat yayıb.
Bildirilib ki, onu müavini - xarici işlər naziri senator Məhəmməd İshaq Dar və bir sıra nazirlər, həmçinin işgüzar dairələrdən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Məlumata görə, Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bir neçə saziş bağlamağı planlaşdırır.
Baş nazir Pakistana qayıtmazdan əvvəl iki günlük Özbəkistana da səfər edəcək. O, Özbəkistana tranzit ticarəti üçün Kəraçi limanından istifadə etməyi təklif edəcək və həmçinin mühüm ticarət sazişləri imzalayacaq.