Şolts Kiyevə silah tədarükünün qarşısını alır

17:00 10 Yanvar 2025

Almaniya kansleri Olaf Şolts xarici işlər və müdafiə naziri Annalena Berbok və Boris Pistorius tərəfindən Kiyevə əlavə 3 milyard avroluq hərbi yardım paketinin ayrılmasına mane olur.

Sitat.info xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Mənbəyə görə, nazirlər fevralın 23-nə təyin edilmiş Bundestaq seçkisinə qədər yeni yardım göstərmək istəyir:

“Müdafiə Nazirliyinin mütəxəssisləri mərmilər, Patriot üçün raketlər, 10 haubitsa və döyüş sursatı da daxil olmaqla, daha 3 İRİS-T hava hücumundan müdafiə sistemini əhatə edən silahların siyahısını hazırlayıb. Əlavə xərclər kimi Bundestaqın büdcə komitəsi vasitəsilə 3 milyard avronun keçirilməsi planlaşdırılırdı. Bununla belə, Federal kansler qeyri-rəsmi olaraq əlavə hərbi yardım paketini təsdiq etməyəcəyini bildirib”.



Xəbər xətti