Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli şəhərində çıxışı zamanı bildirib ki, bütün dünya liderləri, o cümlədən Donald Tramp Türkiyənin uğurlarını və regiondakı təsirini tanıyır.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə Avropada, Amerikada və bütün dünyada müzakirə olunur:
“Təəssüf ki, ölkə daxilindəki müxalifət bunu hiss etmir. Bilin ki, bu yalnız başlanğıcdır”.