NATO ölkələri hərbi xərcləri artıracaq

22:56 10 Yanvar 2025

NATO ölkələri hərbi xərcləri artırmağa hazırdırlar.

Sitat.info xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto məlumat verib.

Buna baxmayaraq alyans ölkələri xərcləri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın tələb etdiyi kimi ÜDM-in 5%-nə qaldırmayacaqlar. Bu rəqəmin ÜDM-nin 2%-dən çox olacağı nəzərdə tutulur.

“Görünən odur ki, artım olacaq. Düşünmürəm ki, 5% olacaq, indiki vəziyyətdə bu, mümkünsüzdür. Amma 2% də olmayacaq, ikidən çox olacaq”, - nazir qeyd edib./APA

 



Xəbər xətti