Qazanın, Nijniy Kamsk və Ulyanovsk hava limanları müvəqqəti olaraq uçuş qəbul etmirlər və göndərmirlər.
Sitat.info xəbər verir ki, bu barədə Rosaviatsiya məlumat verib.
Qurumun məlumatına görə, məhdudiyyətlər mülki təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, keçən gecə hava hücumundan müdafiə qüvvələri altı region üzərində və həmçinin Azov və Qara dənizlərində 85 PUA-nı vurublar. Tambov bölgəsində PUA-lar iki yaşayış binasına çırpılıb, xəsarət alanlar var.
Kazan sonuncu dəfə 2024-cü il dekabrın 21-də PUA hücumuna məruz qalmışdı. Bir neçə nəfər yaralanmışdı, Rusiya İstintaq Komitəsi terror hücumu ilə bağlı cinayət işi açmışdı - deyə "Kommersant" yazır.
Türkanə,
Sitat.info