Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutdu

21:19 15 Yanvar 2025

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə Ukrayna ilə əsir mübadiləsi həyata keçirilib.

Sitat.info xəbər verir ki, hər iki tərəfin razılığı ilə baş tutan prosesdə 25 ukraynalı, 25 rus əsgər sərbəst buraxılıb.

"Danışıqlar prosesi nəticəsində Kiyev rəhbərliyinin nəzarətində olan ərazidən 25 rus əsgəri çıxarılıb. Bunun müqabilində 25 Ukrayna əsgəri verilib. Sərbəst buraxılan rus əsgərləri Belarusdadır. Əsgərlərimiz lazımi tibbi və psixoloji dəstək ilə Moskvada nazirliyə aid sağlamlıq ocaqlarında müalicə alırlar" deyildi.

Ukrayna prezidenti Vladimir Zelenski də sosial media hesabında məhbus mübadiləsi ilə bağlı  açıqlama verib: "25 əsgərimiz və mülki vətəndaşımız evlərinə qayıdır. Onların ağır yaraları və xəstəlikləri var. Onların hər birinə lazımi tibbi yardım göstəriləcək".

Sərbəst buraxılan əsgərlərdən bəzilərinin Mariupol və Azovstal Metallurgiya Zavodunda, həmçinin Xarkov, Donbas, Zaporojya və Xerson vilayətlərində baş verən qarşıdurmalarda iştirak etdiyini qeyd edən Zelenski BƏƏ-yə vasitəçilik səylərinə görə təşəkkür edib.

30 dekabr 2024-cü ildə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsində 300-dən çox rus və ukraynalı əsgərin ölkələrinə qayıtdığı bildirilirdi.

Nigar,

Sitat.info 

 



Xəbər xətti