Xarici işlər naziri Hakan Fidan, "Fələstin üçün yeganə həll yolu iki dövlətli həlldir. İnşallah, buna səbəb olan atəşkəs yaxın dəqiqələrdə rəsmi olaraq elan ediləcək" açıqlamasını verib.
Sitat.info xəbər verir ki, onun bəyanatından bir neçə dəqiqə sonra Qəzzada atəşkəs üçün razılığın əldə edildiyi açıqlanıb.
"Reuters"in verdiyi xəbərə görə, İsrail və Həmas Qətərdəki danışıqlardan sonra atəşkəs barədə razılığa gəliblər.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Qəzzada atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
Məğrur,
Sitat.info