Qəzzada doğumuna saatlar qalan körpə İsrail hücumunda həyatını itirdi

22:05 15 Yanvar 2025

Qətərdə atəşkəs danışıqları davam etdiyi günlərdə Qəzza zolağındakı fələstinlilər İsrail ordusunun hücumuna məruz qalıblar. 

Sitat.info xəbər verir ki, Dünən axşam saatlarında İsrail qüvvələrinin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinə həyata keçirdiyi hücum ananı bətnindəki körpəsindən ayırıb.

Şaat ailəsində doğulmasına bir neçə saat qalmış fələstinli körpəi evi hədəf alan bomba hücumunda həyatını itirib. Eyni ailədən körpənin atası, babası, bibisi və əmisi oğlu da həyatını itirib, ana reanimasiyaya aparılıb.

 Fələstinli anası Nermin Şaatın qohumlarından olan Enes Şaat hadisənin baş verdiyi gecəni və baş verənləri danışıb.

"İsrail Xan Yunisin cənubundakı Miraj bölgəsindəki evlərini bombaladı. Şaat ailəsi həmin vaxt doğum etmək üçün xəstəxanaya getməyə hazırlaşırdı". Şaat hadisə baş verməsəydi, yarım saat sonra xəstəxanada olacaqlarını, lakin ani hücumun buna mane olduğunu bildirib.

 "Nerminin bətnindəki körpə qız uşağı hücumda həyatını itirdi. Hücum nəticəsində ana ağır yaralandı, ayağı amputasiya edildi. Hazırda reanimasiyadadır".

İsrail ordusunun məqsədinin günahsız qadın və uşaqları evlərində öldürmək olduğunu deyən Şaat, hücumda körpənin atası, babası, bibisi və əmisi oğlu da daxil olmaqla eyni ailədən daha 4 nəfərin həyatını itirdiyini bildirib.

 

Qəzza Avropa Xəstəxanasının sözçüsü Salih Hemas hücumun nəticələri ilə bağlı məlumat verib.

 "22 yaşlı fələstinli Nermin Şaat dünən axşam saatlarında yaralı və 9 aylıq hamilə olaraq xəstəxanaya gəldi. Körpəsinin vəziyyəti ilə bağlı məlumatı yox idi. Xəstəxanada mama -ginekologiya xidmətləri olmadığı üçün yaralı fələstinli ana dərhal Nasser Tibb Kompleksinə köçürüldü.

Nigar,

Sitat.info 



Xəbər xətti