Vahid Ələkbərovun oğlu bu vəzifəsindən GEDİR

10:10 17 Yanvar 2025

Rusiyanın məşhur “Lukoil” şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Spartak” futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.

Sitat.info  xəbər verir ki, bu barədə “RBC Sport” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ələkbərovun bu addımı ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra klubun gələcək fəaliyyətinə təhlükə yaratmamaq məqsədini daşıyır.

Bu qərar “Spartak” klubunun gələcək idarəçiliyinə və maliyyə sabitliyinə təsir göstərmək ehtimalına görə diqqət mərkəzindədir./Musavat



Xəbər xətti