Tarixi ərzində ən çox titul qazanan klubların siyahısı bəlli olub, lider Misir təmsilçisi "Əl-Əhli" klubudur.
Sitat.info xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) cədvəlində ən azı 100 turnirin qalibi olan komandalar yer alıblar.
Buna indiyədək səkkiz klub nail olub. Siyahıya 129 titulu olan "Əl-Əhli" başçılıq edir.
1. "Əl-Əhli" (Misir) - 129
2. "Seltik" (Şotlandiya) - 119
3. "Reyncers" (Şotlandiya) - 118
4. "Nasyonal" (Uruqvay) - 116
5. "Linfild" (Şimali İrlandiya) - 116
6. "Real Madrid" (İspaniya) - 105
7. "Penyarol" (Uruqvay) - 102
8. "Barselona" (İspaniya) - 100