Dəməşqin yeni hakimiyyəti Ərəb Dövlətləri Liqasının Suriya xalqının iradəsini dəstəkləyəcəyinə və ölkənin regional təşkilata qayıdacağına ümid edir.
Sitat.info xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əş-Şeybani təşkilatın baş katibinin köməkçisi Hüsam Zəkinin başçılıq etdiyi nümayəndə heyəti ilə Dəməşqdə görüşdən sonra bildirib.
Xatırladaq ki, Dəməşqin Ərəb Dövlətləri Liqasına üzvlüyü 2011-ci ilin noyabrında dayandırılıb.