Rusiya Prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian tərəfindən imzalanan hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilə mühüm geosiyasi addımdır.
Sitat.info xəbər verir ki, bunu rusiyalı ultra-mühafizəkar filosof və “Rus dünyası”nın ideoloqu Aleksandr Dugin bildirib.
O, sənədin hazırlanmasında müəyyən rol oynadığını qeyd edib.
Duginin sözlərinə görə, bu razılaşma Moskva və Tehran əməkdaşlığını gücləndirən hərbi-siyasi və iqtisadi blokun əsasını təşkil edib:
“Belə ki, İranın Rusiyanın dəstəyi ilə Avrasiya və Arktikaya çıxış əldə etməyə, həmçinin yerli texnologiyalara, o cümlədən nüvə energetikası sahəsində texnologiyalara əlçatanlğı artır. Rusiya isə faktiki olaraq Hind okeanına çıxış əldə edib ki, bu da hələ Rusiya İmperiyası dövründən bəri arzu edilirdi. Yəni, bu, bizim geopolitikamızın uzun müddətdir həll etmək istədiyi bir məsələdir. Biz bunu tarixi baxımdan müxtəlif yollarla, o cümlədən dostluq sazişləri vasitəsilə həll etməyə çalışmışıq. Lakin məhz indi biz əvvəlkindən daha çox bu arzularımıza yaxınlaşmışıq. Beləliklə, Rusiya İmperiyası dövründən bəri rus generallarının xəyalları reallığa çevrilir və biz keçmişdə əldə edə bilmədiyimiz o çox arzulanan isti dənizlərə çıxışı əldə edirik".